Menu
Geri İrəli

Bakıda qadın qəza törətdi – Maşın aşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 158 dəfə • Şərh yoxdur

37eed69c00003f9be3bdf032d4a79237

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib, qəzaya uğrayan üç avtomobildən biri aşıb.

Hadisə Dövlət bayrağı meydanının yaxınlığında qeydə alınıb.

Yolun Bibiheybət istiqamatətindəki hissəsi ilə hərəkətdə olan və Günay Məmmədovanın idarə etdiyi “Hyundai” markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Viktor Pavlovun idarə etdiyi “Mitsubishi” markalı pikap avtomobilinə çırpılıb. Nəticədə “Mitsubishi” aşıb. Özəl şirkətlərdən birinə məxsus olan avtomobilin sürücüsü yüngül xəsarət alıb. Arxadan gələn “Hyundai” markalı digər avtomobil isə qəzaya uğramış avtomobilə çırpılıb, sürücü Elşən Mustafayev idarəetməni itirib və maşını yol kənarındakı yaşayış divarına vurub.

Yol-Patrul Xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, qəzaya “Hyundai”nin sürücüsü Günay Məmmədovanın manevr qaydalarını pozması səbəb olub. Eyni zamanda, “Mitsubishi”inin sürət həddini aşdığı, digər “Hyndai”nin sürücüsünün düzgün ara məsafəsi saxlamadığı ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda qadın qəza törətdi -  Maşın aşdı+Fotolar
Bakıda qadın qəza törətdi -  Maşın aşdı+Fotolar
Bakıda qadın qəza törətdi -  Maşın aşdı+Fotolar
Bakıda qadın qəza törətdi -  Maşın aşdı+Fotolar

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın