Menu
Geri İrəli

Bakıda qadına qarşı yarım milyon dollarlıq fırıldaq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2015 • Baxış sayı: 400 dəfə • Şərh yoxdur

girAkimova özünü MTN-nin məxfi agenti kimi qələmə verib.

Bakıda qadın Nizami küçəsində yerləşən mağaza sahibəsi ilə dostlaşaraq bir neçə il ərzində onu soyub.

“Yaxın rəfiqəsi” respublika prezidentinin qohumları və yaxıları ilə əlaqəsi olduğunu iddia edib.

Səbail rayon Polis İdarəsinə böyük məbləğdə fırıldaqçılığa dair ərizə daxil olub. Cinayətdə Sumqayıtdan olan Aygün Akimova ittiham edilir.

Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Səbail rayon Polis İdarəsindən bildiriblər və qeyd ediblər ki, fakt üzrə istintaq başlayıb.

Zərərçəkənin ərizəsinə müvafiq olaraq fırıldaqçılığın qurbanı Bakı sakini 51 yaşlı Afət Nadirşah qızı Hüseynova olub.

Onun sözlərinə görə, 1992-ci ildən Şeyx Şamil küçəsində yerləşən ABC mağazasının sahibəsidir. Mağazaya uzun illər boyu Dilarə adlı müştəri gəlib. 1996-cı ildə Hüseynova Nizami 46 küçəsində iki mənzil əldə edib, 2008-ci ilə qədər bu mənzilləri KİP türk şirkətinə kirayə verib.

2007-ci ildə Şirvana gedərkən Hüseynova avtomobil qəzasına düşür, nəticədə çoxsaylı taravmalar alır. Qəzadan sonra Hüseynova iki il yataqda qalır, aldığı xəsarət nəticəsində ikinci qrup əlil olur.

2009-cu ildə Nizami küçəsində yerləşən mağazada sahibkarlıq fəaliyyətinə davam edir. 2010-cu ilin avqustunda həmin Dilarə özü ilə qızı Aygün Akimovanı mağazaya gətirir…

“Onlar Aygünün ərinin Naxçıvanda yüksək vəzifədə olduğunu və ona görə də bahalı əşyalar almağa imkanları çatdığını deyirlər. Həmin gün Akimova mağazadan 900 manatlıq alver edib. Bundan sonra Akimova mağazaya daha tez-tez gəlməyə başladı”, – Hüseynova danışıb.

Akimova MTN-nin məxfi agenti və “Yeni Azərbaycan” partiyasının rayon idarəsinin qadın şöbəsinin rəhbəri olduğunu bildirib. O, Hüseynovaya 5 il müddətində sonradan onu MTN-ə işə düzəldən və onu İlham Əliyev adlı qohumuna ərə verən Cəlal Əliyev ilə işlədiyini bildirib. Hüseynovanı inandırmaq üçün Akimova onun yanında Cəlal Əliyev ilə telefon danışığını imitasiya edib.

Akimova Hüseynovanın mağazasına hər gün gəlib. Hüseynovanın ərindən ayrıldığını eşidən Aygün ona ürək-dirək verib, onu ərinin qohumlarından biri ilə tanış edəcəyini, oğlunu isə MTN akademiyasına işə düzəldəcəyini deyib.

Hüseynovanın etibarını qazanan Akimova onu mağazanı satmağa sövq edir, ona gələcəkdə müştərək biznes vəd edir. Beləliklə də 2011-ci ilin avqust ayının 4-də Hüseynova mağazanı 1 500 000 dollara satır. Bu pulları keçmiş həyat yoldaşı ilə bölür. 2011-ci ilin avqust ayının 8-də Akimova Hüseynovanın dalınca gəlir və onlar bərabər maşın almağa gedirlər. 52 min dollara “Porshe Cayenne” markalı avtomobil seçirlər. Bu andan etibarən Akimova onun qayğısına qalacağını bəyan edir.

Bundan sonra şübhəli şəxs Hüseynovaya müştərək biznes açmağı təklif edir, bir obyekt göstərir və onun bazar qiymətindən aşağı olduğunu – 2 200 000 dollar olduğunu bildirir. Qadınlar hər birinin məbləğin yarısını ödəyəcəyinə razılaşırlar. Amma Hüseynova bildirir ki, bütün məbləği ödəyə bilməyəcək, belə ki, ev də almalıdır.

Amma Akimova onu sakitləşdirərək bildirir ki, mənzil artıq var, həmin mənzil PDİN pasport qeydiyyatı və Miqrasiya İdarəsinin yaxınlığında yerləşir, həm də bu mənzili ona MTN rəisi məsləhət görüb. Bu mənzil üçün Hüseynova ona 170 000 manat verir.

Avqustun 15-də Hüseynova öz köməkçisi Şabanın yanında Akimovaya 368 000 manat pul verir (o vaxtkı kurs ilə 500 000 dollar). Qalan 74 000 manatı isə Hüseynova Akimovaya obyektin sənədləri qeydiyyatdan keçdikdən sonra verməli idi.

Sentyabrda Hüseynova Akimovanın üzərinə öz avtomobili üçün etibarnamə qeydiyyatından keçirir. O zamana qədər isə Hüseynova faktiki olaraq Aygünün evində yaşayırdı, və mənzili öz mənzili hesab edərək, obyektin sənədlərinin qeydiyyatdan keçməsini gözləyirdi. Amma bu baş vermədi. Akimova ona vədlər verirdi. Hüseynovanın pulu qurtarır. O işləmirdi, iki uşaq saxlayırdı və son pullarını Akimovanın evinə mebel almaq üçün xərcləyir.

“O mənə dərmanlar verirdi, deyirdi baş ağrısındandır. Mən yuxulu kimi gəzirdim nə baş verdiyini anlamırdım. Bu zaman o, obyektin özəlləşdirildiyini, amma bunun üçün daha 1 milyon 100 000 manat lazım olduğunu dedi. Mən bu məbləği ödəmək iqtidarında deyildim, onda Aygün əlimdə nə varsa onu verməyimi, qalanını isə özü əlavə edəcəyini söylədi. Bir il sonra iyunun 20-də mən uşaqlarım ilə bərabər Əli Əşrəf Əlizadə 61 ünvanında olan başqa bir mənzilə köçməli oldum, belə ki, Aygün bu mənzilin MTN-ə aid olduğunu dedi. Oktyabra qədər mən orda yaşadım, Aygün icarə pulunu ödəyirdi. Akimova mənə vədlər verməyə davam edirdi, münasibətlərimiz korlanmağa başlamışdı. Daha sonra o, ümumiyyətlə yaşayış yerimiz üçün pul ödəmədi”, – Hüseynova etiraf edib.

Akimovaya qarşı ilk şübhələr Hüseynovada 2012-ci ilin oktyabr ayının 4-dən yaranıb, həmin gün o, yerli qəzetlərin birində fırıldaqçı Aygün Seyran qızı Əliyeva haqqında məqalə oxuyur, şəkildəki adamı isə Akimovanın qızı İzafənin ad günündə görmüşdü…

Oktyabrın 15-dən Akimova onun pullarını və avtomobilini mənimsəyərək nəzərdən itir, o vaxtdan isə Afət Hüseynova bir neçə kirayə mənzil dəyişir.

Bütün bunlar haqqında zərərçəkən Azərbaycan daxili işlər nazirinin müavini Vilayət Eyvazova yazdığı məktubunda bildirib.

Bununla yanaşı Səbail RPİ-də qeyd ediblər ki, Aygün Akimovadan artıq Nəsimi rayon Polis İdarəsinə şikayət ediblər.

Amma istintaq dayandırılıb. Son ərizəyə gəldikdə isə məlum olur ki, Hüseynova Akimovanın 180 000 manatlıq 2011-ci ildə malını (qadın geyimləri) götürüb və qaytarmayıb. Afət Hüseynova keçən həftə ərizə ilə müraciət edib, indi polis əməkdaşları Akimova haqqında bütün həqiqəti üzə çıxarmağa çalışırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın