Menu
Geri İrəli

Bakıda qanlı olay: nişanlısını bıçaqladı, qardaşını öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2015 • Baxış sayı: 471 dəfə • Şərh yoxdur

1381988413_bicaqlanmaHadisəni törədən şəxs qaçıb

Bu gecə Bakının Səbail rayonunda törədilmiş qətlin bəzi təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Bibiheybət qəsəbəsi, 2-ci Bibiheybət döngəsi, ev 19-da 24 yaşlı Elvin Hüseynlini bıçaqlayaraq öldürən şəxsin 1981-ci il təvəllüdlü Mustafayev Rasim Teymuraz oğlu olması müəyyən edilib. Hazırda onun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Bildirilir ki, R.Mustafayev E.Hüseynlinin bacısı Türkanın nişanlısı olub. Bu gecə 34 yaşlı Rasim onların evinə gəlib və bacı ilə qardaşı bıçaqlayıb. E.Hüseynli xəstəxanaya aparılarkən keçinib. T.Hüseynova isə ambulator müalicəyə yazılıb.

Faktla bağlı cinayət işi açılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın