Menu
Geri İrəli

Bakıda qatarın altında qalan şəxs parça-parça oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2014 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

Sabunçu rayonu ərazisində qatar kimliyi bilinməyən kişini vurub.

Virtualaz.org saytı bildirir ki, hadisə gecə saatlarında baş verib.

Tümen-Bakı sərnişin qatarı Sabunçu rayonundakı dəmiryolu vağzalının yaxınlığından keçərkən şəxsiyyəti məlum olmayan, təxminən 45-50 yaşlarında olan kişini vurub.

Qatar vuran şəxsin meyitini səhər saatlarında hadisə yerindən keçən qəsəbə sakinləri görərək Sabunçu Xətt Polis Şöbəsinə məlumat veriblər. Hadisə şahidlərinin verdiyi məlumata görə, meyit parça-parça olduğundan onu heç kim tanıya bilməyib.

Sabunçu Xətt Polis Şöbəsindən də faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, şəxsiyyəti məlum olmayan şəxsi gecə saat 01:50 radələrində Tümen-Bakı sərnişin qatarı vurub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın