Menu
Geri İrəli

Bakıda qəzada qadın sürücü ölüb, biri jurnalist olmaqla 3 nəfər xəsarət alıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2014 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

1700_IMG-20141016-WA0005
Bakıdakı ağır qəzada xəsarət alanların 3 nəfər olduğu dəqiqləşib. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya üç yaralı gətirib.

Bunlar 1983-cü il təvəllüdlü Cəbrayılov Nahid Şahbaz oğlu, 1968-ci il təvəllüdlü Əliyeva Solmaz Valeh qızı (hər ikisi “Lifan”ın sərnişinidir) və JEEP-in sürücüsü, 1981-ci il təvəllüdlü Kərimov Rəşad Ağateyyub oğludur.

**** 01.27

Bakı. Mahir Məmmədli-APA. Bakıdakı ağır yol qəzasında dünyasını dəyişən qadının və xəsarət alanlardan birinin adı məlum olub. APA-nın məlumatına görə, həlak olan “Lifan” markalı avtomobilin sürücüsü, Qarabağ əlili, 1975-ci il təvəllüdlü Sevil Abbasovadır. Ona əlillər üçün nəzərdə tutulan avtomobil iki ay əvvəl bağışlanıbmış.

Həmin avtomobildəki iki sərnişin də xəsarət alıb. Onlardan biri axar.az saytının əməkdaşı Nahid Cəbrayıldır. O, yazıçı-publisist Pərviz Cəbrayılın qardaşıdır. Xəsarət alan N. Cəbrayıl Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya “JEEP” markalı avtomobilin sürücüsünün ötmə qaydalarını pozması səbəb olub.

1702_IMG-20141016-WA0003

1703_IMG-20141016-WA0009

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın