Menu
Geri İrəli

Bakıda qonşusunu öldürən MİS əməkdaşına hökm oxundu – FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 13 Avqust 2015 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur

unnamed (4)Qəmbərov çörək və kolbasa doğradıqları bıçağı stoldan götürərək qonşusunu vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Nizami Qəmbərovun (1975-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, bu il martın 2-si axşam saat 22.30 radələrində Nəsimi rayonunda yaşayan Nizami Qəmbərov və Siyavuş Fərəcov arasında spirtli içki qəbul edərkən mübahisə baş verib. Sözləşərkən Fərəcov Qəmbərovun vəfat etmiş valideynlərinin ünvanına söyüş söyüb, buna görə sonuncu masa üzərindən mətbəx bıçağını götürərək Siyavuşu 3 dəfə vurub. Kliniki Tibbi Mərkəzə aparılan yaralı yolda kəskin qanitirmədən dünyasını dəyişib, həmin axşam Nizami şübhəli şəxs qismində Nəsimi RPİ 22-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Dindirilmə zamanı tutulan şəxs törətdiyi əməli etiraf edib.

Məhkəmə prosesində Nizami Qəmbərov ittiham üzrə özünü təqsirli hesab edib. O bildirib ki, həmin axşam işlədiyi Mənzil istismar sahəsindən (MİS) qayıdandan sonra, mağazadan bir şüşə araq və pivə alıb və qonşusu, avtomobil rəngsazı işləyən Siyavuş Fərəcovun evinə gəlib. Lakin içəri daxil olandan sonra o Siyavuşun bir az içkili olduğunu görüb və öz evinə qayıtmaq üçün hər hansı səbəb axtarmağa başlayıb. Amma ev sahibi mütləq onunla oturub içməli olduğunu deyib.

Üç-dörd qədəhdən sonra sərxoşluğu hiss edilən Siyavuş öz işindən danışaraq avtomobil sahiblərini söyməyə başlayıb. Buna görə Nizami getməyə hazırlaşıb, amma Siyavuş onun qalması üçün təkid edib. Başlanan mübahisə zamanı Fərəcovun təhqirləri və söyüşlərindən hiddətlənən Qəmbərov çörək və kolbasa doğradıqları bıçağı stoldan götürərək qonşusunu vurub.

Zərbələrdən Siyavuş stuldan yerə yıxılıb, o əvvəlcədən özünü itirib, sonra isə təcili yardıma zəng edərək Fərəcovun yaralandığı barədə məlumat verib. Təxminən 15-20 dəqiqədən sonra təcili yardım maşını yaralını xəstəxanaya aparıb, Nizami isə evə qayıdaraq arvadına Siyavuşu vurduğunu bildirib. İfadəsinin sonunda Qəmbərov mərhumun qardaşı Elmar Fərəcovdan üzr istəyib. Zərərçəkən isə öz növbəsində məhkəmədən təqsirləndirilən şəxsin qanun çərçivəsində cəzalandırılmasını istəyib.

Məhkəmənin hökmü ilə N.Qəmbərov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın