Menu
Geri İrəli

Bakıda şirkətdən oğurluq edən şəxsi Sumqayıt polisi saxlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2017 • Baxış sayı: 283 dəfə • Şərh yoxdur

hebs23Bakıda fəaliyyət göstərən şirkətlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik və Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar idarələri, Nəsimi Rayon Polis İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə cari il yanvarın 12-də Nəsimi rayonu ərazisində fəaliyyət göstərən MMC-lərdən birinin seyfindən 1000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Elturan Vəlibəyov Sumqayıt şəhəri ərazisində tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın