Menu
Geri İrəli

Bakıda tələbələr yol qəzasına düşdü, ölən var

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2015 • Baxış sayı: 723 dəfə • Şərh yoxdur
publika.az1419806421qezaBakıda bir nəfərin ölümü digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Yeni Dairəvi yolda qeydə alınıb.
Bakı şəhər sakini, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Bağır Kamran oğlu Məmmədzadənin idarə etdiyi 99-CX-857 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi, 1996-cı il təvəllüdlü Kamal Müşfiq oğlu İbadov və 1994-cü il təvəllüdlü Xarici Dillər Universitetinin 3-cü kurs tələbəsi Cəmşir Cavanşir oğlu Bayramov ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
C. Bayramov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın