Menu
Geri İrəli

Bakıda tükürpədən qətl – Arvadını hamamda öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Mart 2017 • Baxış sayı: 600 dəfə • Şərh yoxdur

1490849545-6516Bakıda dəhşətli qətl hadisəsi baş verib.

sumqayitxeber.com Trend-ə istinadən bildirir ki, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb.

Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın