Menu
Geri İrəli

Bakıda yaşayış binasının zirzəmisində yanğın: bir ailə külə döndü

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2016 • Baxış sayı: 615 dəfə • Şərh yoxdur

ev yanqinBakı şəhəri, Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın