Menu
Geri İrəli

Bakının küçələrində gecələyən Sumqayıt sakininin DRAMI (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2015 • Baxış sayı: 508 dəfə • Şərh yoxdur

88517Valideynlərinə yük olmaq istəməyən ruhi əsəb xəstəsi evdən qaçaraq küçələrdə gecələməli olub.

ANS TV-nin məlumatına görə, üç gün öncə evdən çıxan Habil gününü küçələrdə ac-susuz şəkildə keçirib. Evi tərk etməsinin səbəbini isə belə açıqladı ki, bu halına görə valideyinlərinin istirab çəkməsini istəmir. Elə bu üzdən də küçələrə sığınıb. Çox çəkməyib ki, çətin anlarla üz-üzə qalıb. Ac-susuz qaldığı vaxtda isə küçədə Xalidə Məmmədova adlı xanıma yaxınlaşaraq ondan su və çörək istəyib. O, da Habili götürüb evinə aparıb və üç gün saxlayıb.

Amma valideyinlərinin onu axtardığını düşünərək Habili də götürüb ANS televiziyasına gəlib.

Habildən öyrəndik ki, 33 yaşı var. 1982-ci ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində doğulub. Anası və atası da tam sağlamdır. Amma özü psixi pozuntulardan əziyyət çəkir. Bir neçə dəfə xəstəliyilə bağlı müalicə də alıb. Habilin sağlamlığını yoxlamaq üçün çağırılan təcili tibbi yardım biriqadası da onu müayinə etdi.

Həkim Cəfər Yəhyayev bildirdi ki, xəstədə streslə əlaqədar olaraq nevrotik hal müşahidə olunur: “Yaxşı olardı ki, nevropatoloqa müraciət edilsin. Bir müddət nevropatoloqun nəzərəti altında müalicə olunsun”.

Məsələ ilə bağlı Sumqayıt şəhər təcili tibbi yardım stansiyasından bildirdilər ki,vətəndaşı yalnız polis tərəfindən müraciət olunduqdan sonra qəbul edə bilərlər.

Biz də Səbail Rayon Polis İdarsinin 9-cu polis bölməsilə əlaqə saxladıq. Habil Nəcəfov çox keçmədən bölmədən gələn əməkdaşlar tərəfindən bölməyə aparıldı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın