Menu
Geri İrəli

Bakının mərkəzində ağır qəza: Məmur öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 936 dəfə • Şərh yoxdur

MTU5NjMxYmE3MDhkMzI_1Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SUMQAYİTXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonunun Nobel prospektində “Mercedes” markalı, 10 OK 280 dövlət qeydiyyat nişanlı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Nəticədə avtomobili idarə edən 1979-cu il təvəllüdlü Qurbanov Ramin Mərdan oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzada həyatını itirən 37 yaşlı Ramin Qurbanov Xətai rayonu üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın