Menu
Geri İrəli

Bakının mərkəzində ticarət mərkəzində yanğın

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2014 • Baxış sayı: 424 dəfə • Şərh yoxdur
Share Button

yanqinFövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli “Moskva” ticarət mərkəzindəki yanğınla bağlı növbəti məlumatı yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mərkəzin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

*****
9:50

Bu gün Bakı şəhərinin Nəsimi rayonu ərazisində, “Moskva” univermağında baş vermiş yanğın söndürülüb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlər yanğının birinci və ikinci mərtəbələr arasındakı eskalatorda qısaqapanma nəticəsində başladığını bildiriblər. Hadisə zamanı xəsarət alan olmayıb. Ətrafdakı mağazalara ciddi ziyan dəyməyib.

Hadisə zamanı ticarət mərkəzinin ikinci mərtəbəsində qızıl-zinət mağazalarının sahibləri gərginlik keçirsə də, onlara hər hansı ziyan dəyməyib.

*****
9:25

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva” univermağının binasında baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb.

Əlavə məlumat veriləcək.

*****
9:02

Bu gün səhər saat 7 radələrində Bakıdakı “Moskva” Ticarət Mərkəzində yanğın baş verib. Lent.az-ın məlumatına görə, Ticarət Mərkəzinin zərgərlik məmulatları satılan 2-ci mərtəbəsində baş verən yanğın nəticəsində mağazalara ciddi zərər dəyib. Hazırda yanğın söndürülüb, içəridə güclü tüstü olduğundan əraziyə girmək çətindir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerində olan əməkdaşları Lent.az-ın müxbirinə bildiriblər ki, yanğının baş vermə səbəbi hələlik bəlli deyil.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın