Menu
Geri İrəli

Bakının mərkəzində yük maşını aşdı – hərəkət iflic oldu

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 26 May 2014 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

Qaqarin körpüsü kimi tanının yol ötürücüsünün üstündə ağır yol qəzası baş verib
c133c339bf53b743e4405cf3907a8b1f

Bu gün saat 9:45 radələrində Bakı şəhərinin mərkəzində – Qaqarin körpüsünün (Cavanşir körpüsü) üstündə ağır yol qəzası baş verib.Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yusif Səfərov küçəsindən Üzeyir Hacıbəyov küçəsinə doğru hərəkət edən və mişar daşı ilə dolu olan “Shacman” körpüyə qalxarkən aşıb. Nəticədə yükün bir hissəsi körpünün üstünə dağılıb. İritonnajlı yük avtomobilini ərazidən uzaqlaşdırmaq üçün bir neçə qaldırıcı kran hadisə yerinə cəlb edilib.Yük maşınının qaldırılmasına və ərazinin təmizlənməsinə 1 saata yaxın vaxt sərf olunub.Qəza nəticəsində ölən və ya xəsarət alan olmayıb.Hadisə nəqliyyatın hərəkətinin intensiv olduğu vaxtda baş verdiyindən ərazidə böyük tıxac yaranıb.Fotolar Yalçın Süleymanova məxsusdur.

5224a96ef7291e1cd33cc5c92429d07e a46868f8fe11debac8f71cf7ab68989e c133c339bf53b743e4405cf3907a8b1f e965bfefea20eccda752d7598c00baca

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın