Menu
Geri İrəli

Baş Prokurorluqdan Sumqayıtda avtobusunun atəşə tutulması xəbərinə AYDINLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2017 • Baxış sayı: 6,394 dəfə • Şərh yoxdur
Share Button

Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın