Menu
Geri İrəli

Bələdiyyə sədri bədbəxt hadisə nəticəsində ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur
Share Button

xestexanaDaşkəsən rayonunda bələdiyyə sədri ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, Zinzahal kənd bələdiyyəsinin sədri Füzuli İsmayıl oğlu Quliyev bədbəxt hadisəinin qurbanı olub.

Meşədə ağac kəsilən zaman iri budaqlardan biri digər ağacın üzərinə düşüb, həmin budağı döndərib yerə salmaq istəyərkən onun başına dəyib. Nəticədə yaralı ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. F.Quliyev üç gündən sonra - bu gün xəstəxanada dünyasını dəyişib.

Daşkəsən Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, 1971-ci il təvəllüdlü F.Quliyev 2014-cu ildən bələdiyyə sədri işləyirdi, ailəlidir, 2 oğlu var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın