Menu
Geri İrəli

Bəxtiyar Hacıyevi aldadan iş adamına hökm oxundu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2015 • Baxış sayı: 436 dəfə • Şərh yoxdur
Share Button

haciytyevAzərbaycanlı aktrisa Mətanət Əhmədovanın ərinə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə gənc fəal, Müsbət Dəyişikliklər Hərəkatın təsisçisi Bəxtiyar Hacıyev sosial şəbəkədə yazıb. O qeyd edib ki, özü ilə yanaşı bir çox Azərbaycan vətəndaşının etibarından sui-istifadə edib dələduzluq edən Türkiyə vətəndaşı Nurettin Eres Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 1 il 9 ay müddətinə həbs olunub.

Xatırladaq ki, sözügedən iş adamı Nurettin Eres Bəxtiyar Hacıyevdən şikayətçi olmuşdu və onun barəsində cinayət işi açılmışdı. Cinayət işi açılmasına səbəb türk iş adamı Nurettin Eres və onun aktrisa həyat yoldaşı Mətanət Əhmədovanın Nərimanov rayon Polis İdarəsinə etdiyi müraciətdir. Müraciətdə qeyd olunur ki, sözügedən iş adamına B. Hacıyev tərəfindən zor tətbiq edilərək sənədləri güclə əlindən alınıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın