Menu
Geri İrəli

Biləsuvarda zəvvarlar qəzaya düşdü – Sumqayıt sakini xəsarət aldı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2017 • Baxış sayı: 906 dəfə • Şərh yoxdur
Share Button

599566_01Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan zəvvarların adı məlum olub.

sumqayitxeber.com report.az-a istinadən bildirir ki, hadisə nəticəsində 1987-ci il təvəllüdlü, Sumqayıt şəhəri Corat qəsəbə sakini Əliyeva Gülxatun Etibar qızı, 1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Qurbanova Yeganə Nəbi qızı xəsarət alıb.

G.Əliyeva bel nahiyəsindən, Y.Qurbanova isə baş-beyin nahiyəsindən travma alıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində avtomobil qəzası baş verib. “Hyundan-Tucson” markalı avtomobil zəvvarları daşıyan avtobusun arxa təkərinə çırpılıb. Hadisə nəticəsində avtobusda olan zəvvar xanımlardan ikisi xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yol nəqliyyat hadisəsi nəticəsində Ələt Astara yolunun bir hissəsi bağlanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın