Menu
Geri İrəli

Binəqədidə yük maşını 60 yaşlı sumqayıt sakinini vurub

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2017 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

tecili yardimBu gün səhər saat 9 radələrində Binəqədi yolunda, “Abşeron” yanacaqdoldurma məntəqəsinin qarşısında bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

İnterAz-a verilən məlumata görə, 1957-ci il təvəllüdlü Musayev Hikmət Alməmməd oğlu yolu keçmək istəyərkən “Foton” markalı yük maşını onu vurub. Qəzadan dərhal sonra Sumqayıt şəhər sakini olan yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 nömrəli xəstəxanaya çatdırılıb.

Həkimlərin ilkin müayinəsi zamanı 60 yaşlı kişidə kəllə-beyin travması qeydə alınıb və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb və sürücünün izahatı alınıb.

Qeyd edək ki, qəza törətmiş yük maşını paytaxtda yerləşən firmalardan birinə məxsusdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın