Menu
Geri İrəli

Bir sıra oğurluqların üstü açılıb – aralarında Sumqayıt sakini də var

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2017 • Baxış sayı: 110 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanın bir sıra bölgələrində baş vermiş oğurluğun üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən onların bir neçəsini təqdim edir:

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 1-də rayon ərazisindəki evlərdən birindən 3200 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub. Ətrafında aparılan tədbirlərlə onun mayın 20-də rayon ərazisində 1 mağazadan tütün məmulatı və danışıq kartları oğurlaması müəyyən edilib.

Sentyabrın 2-də Bakı şəhər sakini Eldar Qurbanovun “VAZ-2107” markalı avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə  şübhəli bilinən paytaxt sakini Anar Musayev və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tutulub və avtomobillə birgə Yasamal RPİ 29-cu PB-yə təhvil verilib.

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 12-də Bakı şəhər sakini Kərim Kərimovun “Hyundai” markalı skuterini və cari il martın  4-də R.Musayevaya məxsus eyni markalı avtomobildən 20 manat, 100 ABŞ dolları, habelə sənəd oğurlamaqda şübhəli bilinən Şərur və Yevlax rayon sakinləri olan 2 yeniyetmə tutulub.

Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Turan qəsəbəsi ərazisindəki mağazaların birindən 500 manat pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar, Bərdə rayon sakinləri Vasif Süleymanov və Mehman Süleymanov tutulublar.

Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisindəki evlərin birindən 700 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Əkbərov ŞPŞ-nin əməkdaşları tərəfindən həbs edilib.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 5-də şəhər ərazisindəki mağazalardan birindən 750 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Nail Yusifov tutulub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın