Menu
Geri İrəli

Birinci sinifə getdiyi gün vəfat etdi- 6 yaşlı Ucal və qardaşının acı taleyi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2017 • Baxış sayı: 954 dəfə • 1 şərh
Share Button

dfdfdfSentyabrın 15-də axşam saatlarında Bakı-Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq və Ucarın Müsüslü kəndləri arasındakı hissəsində 2 azyaşlı qardaşın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının bəzi detalları üzə çıxıb.

Lent.az-ın məlumatına görə, Bakı şəhər Qaradağ rayon sakini Elmin Hüseynovun idarə etdiyi “Toyota Previa” markalı minivan tipli avtomobilin yolun ortasındakı arakəsməyə çırpılaraq aşması nəticəsində ölən sürücünün oğlu Ucal Hüseynov elə həmin gün Sahil qəsəbəsindəki orta məktəbin birinci sinfinə gedibmiş. Günortadan sonra uşaq məktəbdən qayıdandan sonra onlar Bərdədə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxıblar.

Qeyd edək ki, Elmin Hüseynova məxsus 7 oturacaqlı avtomobildə 2 azyaşlı oğlu ilə yanaşı anası, həyat yoldaşı, bacısı, bacısının yoldaşı və onların iki övladı da olub. Onlar Bərdədə Elminin xalası oğlunun toyunda iştirak etmək üçün yola çıxıblar. Lakin Kürdəmirlə Ucarın arasında hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı beton arakəsməyə çırpılıb. Daha sonra yoldan çıxıb aşan avtomobilin qapısı açılıb və sürücünün 6 yaşlı oğlu Ucal ilə 4 yaşlı oğlu Firdovsi ağır xəsarət alaraq vəfat ediblər. Sürücünün bacısının 6 yaşlı qızı Alsu isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

“Birinci sinifə getdiyi gün vəfat etdi- 6 yaşlı Ucal və qardaşının acı taleyi” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Çox heyf, Allah rəhmət eləsin! Təəssüf ki, bu cür dəhşətli faciələr toya, yasa gedən vaxtlar olur! Az qalır adam toy sahibinə də, ölü yiyəsinə də söysün. Gül kimi balalar həlak oldu. Çox böyük, ağır faciədir. Qoruyun özünüzü, övladlarınızı, a millət! Yavaş sürün, ehtiyatla sürün maşını. Belə hesab etməyin ki, siz o yollarda həlak olan, özünə də, başqalarına da faciə yaradanlardan daha diqqətli, daha sayıqsınız. Yollarda həlak olan, ölən sürücülər də bir vaxtlar elə bu cür düşünürdülər… Milləti qırıb, sayını azaltmayın, düşməni sevindirməyin!

Şərhinizi yazın