Menu
Geri İrəli

Boğazına bıçaq dirənən həkimdən tükürpədici etiraflar: “Bıçağı boğazıma sürtə-sürtə deyirdi ki..”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2015 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur

Ötən gün boğazına bıçaq çəkilmiş 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyeva Ölkə.Az-a danışıb.
bicaqlama3
Həkim əməkdaşımızla söhbətində bildirib ki, hadisə ötən gün Binə qəsəbəsində Yeni Sahə adlanan yerdə baş verib.

Qeyd edək ki, bu barədə ilk xəbəri “Qafqazinfo” verib. Çağırış zamanı sözügedən əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərərkən, xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini bəhanə edərək Şəfəq Alıyevanın boğazına bıçaq dirəyib. Ş.Alıyeva baş verənlər barədə bunları deyib:

“İyulun 6-da gecə 02:15-də çağırış verilib, 15 dəqiqə sonra orada olmuşuq. Elbrus Əliyevin atasına gündə bir neçə dəfə təcili yardım çağırılır. Hər dəfə də sanki sifariş verirmiş kimi “mənə filan iynələri vurmalısan” deyir. Soruşanda, müayinə etmək istəyəndə deyir sən kimsən ki, bunu vurmalısan. Çox vaxt da çağırışı atasının adına verir, amma “xəstə” özü olur. Bu dəfə də içəri keçəndə soruşdum ki, xəstə kimdir? Qaranlıq bir otağı göstərib dedi ki, atam ordadır, gedin baxın. Dedim ki, işığı yandırın. Aqressiv şəkildə dedi ki, yandırmıram, mənim atamdır deyə, gec gəlmisiniz. Özüm işığı yandırıb xəstəni müayinə etdim. Təzyiqi var idi. Başımı qaldırıb tibb bacısına söz demək istəyəndə bıçağı boğazıma dirədi. Bıçağı boğazıma sürtə-sürtə deyir ki, sənin başını kəsəcəyəm. Neçə dəqiqə bıçağı boğazımda saxladı. Boğazımda izlər də var. Mən də susub dayanmışam. Bir neçə dəqiqə evdən çıxmağa imkan olmadı, polisə xəbər verə bilmədik. Bir neçə dəqiqədən sonra mənə kinayə ilə bildirdi ki, rəngin qaçdı, qorxdun. Ona görə sənin başını kəsmirəm. Deyə-deyə də bıçağı boğazıma sürtür. Çox qorxdum…Sonra birtəhər tibb bacısına işarə elədim ki, get maşından dərman gətir. Qız otaqdan çıxanda bu bıçağı mənim boğazımdan çəkib digər otağa keçdi. Həmin otaqda stolun üstündəki qəndqabını, nəlbəkini mənim üstümə atmağa. Başımı çəkdim, dəymədi. Axırda birtəhər aradan çıxa bildim. Ardımızca gəlib təcili yardım stansiyasında sanitarlarla da dalaşıb. O adam bizim bütün həkimlərlə konflitk yaradır, təhqir edir. Hətta bıçağı boğazıma dirəyəndə atası da dinə bilmirdi. Çünki hamısı ondan qorxur”.

Ş.Alıyeva bildirib ki, artıq aldığı xəsarətlə bağlı ekspertizadan rəy də alıb:

“Ekspertizadan rəy almışam. Bu adam həmişə belə davranır. Deyir bir gün sizin həkimlərədn birinin başını kəsəcəyəm. Eşitdiyimə görə əvvəl narkoman olub”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın