Menu
Geri İrəli

Borcunu ödəyə bilməyən qadın özünü zəhərlədi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2015 • Baxış sayı: 229 dəfə • Şərh yoxdur

xestexana_874

Şəkidə intihara cəhd hadisəsi baş verib.

Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan 43 yaşlı Aytən Mahmudova intihar etmək məqsədilə bir neçə müxtəlif adda dərman həbi qəbul edib.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir uşaq anası, Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Rayon hüquq-mühafizə orqanlarından verilən məlumatda qadının xeyli miqdarda borcu olduğu üçün intihara cəhd etmək istədiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın