Menu
Geri İrəli

Boşanan gənc məktub yazıb özünü öldürdü – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2014 • Baxış sayı: 564 dəfə • Şərh yoxdur

6212ba615f28966c8547c9e2d65e6ebd

Dəhşətli olayın təfərrüatları məlum olub
Dünən axşam Qubada 29 yaşlı kişi intihar edib.Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, 1985-ci il təvəllüdlü Abbasov Elvin Canpolad oğlu özünü çalışdığı ofisdə kapron ipdən asıb. Axşam saat 21:00-da kompüter salonuna gələn müştəri E. Abbasovun cəsədini görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

İntiharın dəqiq səbəbi hələlik məlum olmasa da, Abbasovun məktubu tapılıb. Məktubda o, həyatdan yorulduğunu yazıb.

 

İlkin məlumata görə, E. Abbasov evli olub və bir müddət əvvəl boşanıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın