Menu
Geri İrəli

Bu qız 6 manata görə həbsxanaya düşdü – HAMI ONDAN DANIŞIR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2017 • Baxış sayı: 1,755 dəfə • Şərh yoxdur

Dünən Daxili İşlər Nazirliyi Bakıda baş vermiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az xəbər verir ki, cinayətdə iştirak etdiyinə görə tutulmuş Səidə Kərimovanın fotosu sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Çoxları onun xarici görünüşünü, bəziləri isə üzərindəki kiçik xəsarətləri müzakirə edir.

Lent.az-ın əldə etdiyi məlumata görə, əslən Şəmkir rayonundan olan Səidə Kərimovanın 23 yaşı var. O, cinayəti tanışı İsrafil Hüseynovla birgə törədib. Belə ki, dostlar 37 yaşlı İsayeva Yeganə Sabir qızını metronun çıxışında izləməyə başlayıblar və “Neftçilər” metrostansiyası yaxınlığında, Rüstəmov küçəsindəki binanın girişində ona hücum edərək pulqabısını əlindən alıblar. Lakin Yeganə İsayeva cəld tərpənərək Səidə Kərimovanın saçlarından tutmağı bacarıb. Ətrafa toplaşan insanların köməkliyi ilə o, polisə təslim edilib. Hadisə yerindən qaçan İsrafil Hüseynov isə 1 gün sonra ələ keçib.

Maraqlıdır ki, cütlüyün ələ keçirmək istədiyi pulqabında cəmi 6 manat nağd pul və bank kartları olub.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

834b6df1c5ca2bd95de444606543faf9 866e66f418cb2a0ab26c4d6e86d09f4c ad66690c16a8373c733b2998c9d67696 ec0a64346f1f42099fb182baec3615a1

Facebook Şərhləndirmə:

Şərhinizi yazın