Menu
Geri İrəli

Cəlilabadda zəncirvari qəza- 1 ölü, 2 yaralı+Fotolar

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Avqust 2015 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur
img1872925Cəlilabad rayonunda baş verən zəncirvari qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 “Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astra magistral yolunun Alar kəndindən keçən hissəsində baş verib. Cəlilabad rayon Gülməmmədli kənd sakini Ağasəm Səfərov sükanı arxasında olduğu “Mersedes” markalı minik maşını ilə Astara istiqamətində hərəkətdə olarkən qarşı tərəfdə hərəkət edən traktora dəyib. Daha sonra əks tərəfdən gələn Cəlilabad royon sakini Elçin Muradovun idarə etdiyi “VAZ 2109” markalı avtomobilə çırpılıb.
 Nəticədə hər iki avtomobilin sürücüsü və “VAZ 21 09” marakalı avtomobildə olan sərnişin Razi Xəlilov ağır halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq sürüce Elçin Muradovun həyatını xilas etmək mümkün olmayıb.
 Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır.Faktla bağlı araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın