Menu
Geri İrəli

Çirkab su kanalına düşən uşaq tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2014 • Baxış sayı: 500 dəfə • Şərh yoxdur
sumqayitxeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində çirkab su kanalında (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən, təxminən, 10 km məsafədə, nəzarət olunmayan ərazidə) 2009-cu il təvəllüdlü Mahir Eynur oğlu İsmayılov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. M.İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:21-də başa çatıb.
Kanalizasiya-Quyu

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın