Menu
Geri İrəli

Daha bir MTN generalı həbs edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2015 • Baxış sayı: 709 dəfə • Şərh yoxdur
Share Button

mtn_bina_yeni_main_180215_2Baş Prokurorluğun əməkdaşları MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovu həbs edib.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr mlumat verib.

Xəbərə görə, general Qurbanov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həbs olunan digər general Akif Çovdarov kimi S.Qurbanov da sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamı idi.

Bundan əlavə, S.Qurbanovu sabiq milli təhlükəsizlik nazirinin “ikinci kassiri” sayırdılar.

İstintaq S.Qurbanovu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərindən 4 il ərzində onlara “himayədarlıq etmək” adı altında pul almaqda ittiham edir.

S.Qurbanov həmçinin tabeçiliyində olan Zülfüqar Əliyev, Natiq Əliyev və Zaur Məmmədovla birgə 2015-ci ilin martında iş adamı Z.Salmanovun ofisində qanunsuz axtarış aparmaqda, daha sonra sahibkarı həbslə hədələyərək ondan böyük məbləğdə pul almaqda ittiham olunur.

Bu cinayətkar qruplaşma biznesmenlər K.Seyfullayev, H.Əliyev, A.Kərimov, E.İbadov, S.Məcidov, E.Mirzəyev və digərlərinin pullarını da eyni sxem üzrə ələ keçirib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın