Menu
Geri İrəli

Damdan atılıb intihar edəcəyini deyən şəxs xilas olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2015 • Baxış sayı: 498 dəfə • Şərh yoxdur

intiharBu dəqiqələrdə Bakının Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinin damına çıxan əlibıçaqlı kişi özünü öldürməklə hədələyir.

Bu barədə Musavat.com-a xəbər verən əməkdaşımız bildirir ki, olduqca həyəcanlı olan kişi məruz qaldığı ədalətsizliyə, bankdan dollarla götürdüyü krediti qaytara bilmədiyinə görə bu addımı atmağa məcburdur.
Ticarət mərkəzinin qarşısına xeyli adam yığılıb. Onlar adamı intihar fikrindən daşındırmağa çalışırlar.
Əməkdaşımızın verdiyi xəbərə görə, binanın damında 4 polis əməkdaşı da var. Onlar intihar təhdidi edən şəxsə yaxınlaşmadan, danışqla onun aşağı endirməyə çalışırlar. Adam isə fikrinin ciddi olduğunu göstərmək üçün artıq ayağının birini aşağı sallayıb.
Əməkdaşımız bildirir ki, artıq kişi əlindəki bıçaqla özünə, boğazına, sinəsinə xəsarət yetirib, ruhi həyəcan vəziyyətindədir.
FHN-in əməkdaşları hadisə yerinə gəliblər və naməlum şəxsin özünü yerə atacağı təqdirdə asfalta dəyib xəsarət almaması üçün çadır açıblar.
Reportyorumuzun verdiyi xəbərə görə, adam telekanalların hadisə yerinə gəlib süjet hazırlamasını tələb edir və həbsxanada olan qardaşının vəziyyətindən bəhs edir. Həmin şəxs bildirib ki, onun qardaşı 12 saylı cəzaçəkmə müəssisəsində, günahsız yerə yatır və o, tələb edir ki, qardaşının işinə ədalətlə, düzgün baxsınlar.
Daha sonra hüquq-mühafizə orqanlarının işçiləri hadisə yerinə özünü öldürməklə hədələyən şəxsin bacısını gətiriblər. Onun vasitəsilə isterik vəziyyətdə olan şəxsi sakitləşdirmək və damdan düşürməyə nail olublar.
Həmin şəxs müvafiq araşdırmalardan ötrü polis bölməsinə aparılıb. Onun qolunda, sinəsində, boğazında bıçaq xəsarətləri görünüb.
Əlavə informasialar olacaq.




Facebook Şərhləndirmə:

Şərhinizi yazın