Menu
Geri İrəli

Dəhşət: 5 yaşlı qız yanaraq ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 582 dəfə • Şərh yoxdur
Share Button

896019Bakının Binəqədi rayonunda baş verən güclü yanğın zamanı dünyasını dəyişən şəxslərin kimliyi hələlik bilinmir.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, hazırda ölən şəxslərin kimliyi araşdırılır.

Qeyd edək ki, Baş Prokuror Zakir Qaralov dəhşətli yanğında 4 nəfərin öldüyü, 14 nəfərin yaralanması ilə bağlı açıqlama verib.

***

1 saylı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yanğın zamanı 5 yaşlı qız uşağı yanaraq dünyasını dəyişib.

“Hazırda xəstəxanaya 12 nəfər gətirilib. Onlardan biri 5 yaşlı qız uşağıdır. O yanaraq dünyasını dəyişib, şəxsiyyəti məlum deyil. Valideynlərinin hadisədən xəbərləri yoxdur. Digər şəxslərə isə tibbi yardım göstərilir. Xəstəxanaya 5 yaşlı oğlan uşağı da gətirilib. O, da yanıq xəsarətləri alıb. Amma vəziyyəti ağırdır. Həmin uşağın da şəxsiyyəti məlum deyil”.(azvision.az)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın