Menu
Geri İrəli

DƏHŞƏT: Azərbaycanda ər 23 yaşlı keçmiş arvadının başını kəsdi

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2015 • Baxış sayı: 460 dəfə • Şərh yoxdur

bicaqlama3Qətli törədən şəxs daha sonra 1 yaşlı körpəsini götürərək gedib

Kürdəmir rayonunda dəhşətli cinayət baş verib. Lent.az-ın məlumatına görə, rayonun Sığırlı kəndində 1984-cü il təvəllüdlü Rüstəmov Elman Polad oğlu keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Mütəllimova Gülər Ramiz qızının başını kəsərək qətlə yetirib.

Dünən axşam saatlarında keçmiş qayınanasının evinə gələn E.Rüstəmov burada 23 yaşlı Gülərlə mübahisə edib və daha sonra onun başını kəsib. Hadisədən sonra E.Rüstəmov 1 yaşlı övladını götürərək uzaqlaşıb.

E.Rüstəmov polis tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı o bildirib ki, keçmiş həyat yoldaşı haqqında xoşagəlməz sözlər eşitdiyinə görə bu əməli törədib.

Qeyd edək ki, E.Rüstəmovla G.Mütəllimova bir müddət əvvəl rəsmən boşanıb. Bundan sonra E.Rüstəmov yenidən ailə həyatı qurub. G.Mütəllimovaya gəlincə, o, anası ilə tək yaşayırmış. 23 yaşlı qızın atası xeyli əvvəl vəfat edibmiş.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın