Menu
Geri İrəli

Dəhşət: tələbə qız özünü binanın damından atdı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Noyabr 2015 • Baxış sayı: 549 dəfə • Şərh yoxdur

intiharİntihar edən qız Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alırmış

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, ötən gün axşam saatlarında gənc qız Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanındakı çoxmərtəbəli binanın damından özünü atıb. O, hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra intihar edən qızın 1993-cü il təvəllüdlü Həsənzadə Türkan Eldar qızı olduğu müəyyən edilib. Məlum olub ki, o, Tibb Universitetinin Stomatologiya fakültəsinin tələbəsi olub.

Faktla bağlı cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın