Menu
Geri İrəli

Dəhşətli qəzada 4 nəfər öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2016 • Baxış sayı: 1,286 dəfə • Şərh yoxdur

qeza2sumqayitxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəxsiyyəti hələ ki məlum olmayan sürücünün idarə etdiyi “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.

Qəza zamanı avtomobilin sürücüsü və şəxsiyyəti hələ ki məlum olmayan daha 3 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin şəxsiyyətini dəqiqləşdirmək üçün cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən şəxslər hamısı kişidir və onlar Balakən rayon sakinləridir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın