Menu
Geri İrəli

Dəhşətli tale: Bakıda gəlin toy günü öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2015 • Baxış sayı: 918 dəfə • Şərh yoxdur

72e07e67dc74d7a51b687e7ee9d54695Mərhum bəzənmək üçün gözəllik salonuna gedibmiş

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakının Zirə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Sail Bədirlinin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Vəsilə Qurbanova aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən V. Qurbanovanın toyu olacaqmış. O, toya hazırlaşmaq məqsədi ilə gözəllik salonundan gedibmiş. Qəza da onlar salondan qayıdarkən baş verib.

Faktla bağlı Pirallahı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın