Menu
Geri İrəli

Dəhşətli yanğında çoxsayda xəsarət alan var

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2015 • Baxış sayı: 494 dəfə • Şərh yoxdur

91156Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanda yerləşən 16 mərtəbli binada baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarət alanların sayı həddindən artıq çoxdur.

Bu barədə ANS PRESS-ə Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumat verilib ki, müraciətlə həddindən artıq çox olduğundan çatdırmaq mümkün olmur. Hazırda təcili tibbi yardım maşınları ilə onlarla insan xəstəxanalara çatdırılırlar. Müraciət edənlərin çoxu tüstüdən zəhərlənmə ilə bağlıdır.

Hazırda çox sayda yanğınsöndürən və xilasedici dəstələr hadisə yerində çalışır, insanlar təxliyyə olunurlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın