Menu
Geri İrəli

Dəm qazı 62 yaşlı kişinin həyatına son qoydu

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 2 Dekabr 2014 • Baxış sayı: 354 dəfə • Şərh yoxdur

Azərbaycanda dəm qazından daha bir boğulma hadisəsi baş verib.

Dem-Qaz

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabrın 1-i axşam saat 20:30 radələrində Şəki şəhəri, Haqverdiyev küçəsi ev-6 ünvanında qeydə alınıb.

1952-ci il təvəllüdlü, Aydın Yusif oğlu Yusifovun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin vanna otağında aşkar olunub. Hadisə yerinə çağırılmış həkim briqadasının müayinəsi zamanı 62 yaşlı Aydın Yusifovun dəm qazından zəhərlənərək ölməsi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın