Menu
Geri İrəli

Dənizdə çimən üç dostun ikisi sağ, biri ölü çıxdı…

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2015 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

deniz2ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, Qusar rayon Atlıxan kənd sakinləri – 2000-ci il təvəllüdlü Kamran Tofiq oğlu Abbasov, öz həmkəndliləri 2001-ci il təvəllüdlü Roman Tahir oğlu Həsənov və onun qardaşı 1998-ci il təvəllüdlü Robert Tahir oğlu Həsənənov çimmək üçün Xaçmaz rayonunun Müqtədir qəsəbəsinə gediblər.

Dənizdə çimməyə başlayan azyaşlılar bir müddət sonra boğulmağa başlayıblar.

Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib və iki qardaşı sudan sağ olaraq çıxarmağa nail olublar.

Lakin 15 yaşlı Kamran Abbasov suda batdığı üçün onun meyitini tapmaq çətin olub. Axtarışlara davam edən xilasedicilər meyiti bir müddət sonra çıxarıb aidiyyatı üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın