Menu
Geri İrəli

Deputatın evindən silah-sursat aşkarlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 15 May 2015 • Baxış sayı: 433 dəfə • Şərh yoxdur

77b7476271dcc0539706b7b762cb47a0“Mənim heç nədən xəbərim yoxdur”

Millət vəkili Hacı Qalib Salahzadə evindən silah-sursat tapılması ilə bağlı xəbərlərə münasibət bildirib. Lent.az-a açıqlama verən deputat bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Biri deyir evdə silah tapılıb, biri deyir bağda tapılıb. Biri yazır polis axtarış aparıb, o biri yazır ki, MTN axtarış aparıb. Bunların hamısı boş söhbətlərdir, şaiyədir. Mənim heç nədən xəbərim yoxdur”.

***

Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.

Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb.
Deputatın evində belə bir əməliyyat keçirilməsini hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə əməliyyatı polis keçirib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.

“Qafqazinfo” millət vəkilinin də mövqeyini öyrənməyə çalışıb. O belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.

Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın