Menu
Geri İrəli

Dostları ilə yeyib-içdi, meyiti “Sərçə bazarı”ndan tapıldı – GƏNCƏDƏ QANLI OLAY

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyul 2017 • Baxış sayı: 717 dəfə • Şərh yoxdur

meyitBu gün meyiti tapılan 39 yaşlı Gəncə şəhər sakini Orucov Ramin Adil oğlunun qətlə yetirildiyi məlum olub.

APA-nın Qərb bürosunun məlumatına görə, ekspertiza zamanı 1978-ci il təvəllüdlü R. Orucovun başında güclü zərbənin izləri aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

xxxxx

12:26

Gəncə şəhər sakinin meyiti tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə meyit aşkarlanıb.

Araşdırma zamanı məlum olun ki, ölən şəxs şəhər sakini 1978-ci il təvəllüdlü Orucov Ramin Adil oğludur. Meyitin üzərində xəsarət izləri olub. Məlumata görə, R. Orucov dünən gecə dostları ilə yeyib içdikdən sonra dalaşıb və müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın