Menu
Geri İrəli

Dünən Bakıda baş vermiş partlayışın səbəbi məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2016 • Baxış sayı: 524 dəfə • Şərh yoxdur
Share Button

partlayisÖtən gün Bakı şəhəri, Şərifzadə 20 ünvanında baş vermiş partlayışın səbəbi məlum olub – partlayış qaz sızması səbəbindən baş verib.

Hazırda hadisə yerində “Azəriqaz” İB və FHN əməkdaşları iş aparır.

“Azəriqaz” İB-dən bildirilib ki, hazırda ərazidə və ətraf evlərdə qazın verilişinin bərpası üzrə işlər aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dünən Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq diqər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirmişdir.

Əməliyyat saat 13:07-də başa çatıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın