Menu
Geri İrəli

Ər arvadını avtobusda öldürdü- HADİSƏ SUMQAYIT YOLUNDA BAŞ VERİB

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2015 • Baxış sayı: 994 dəfə • Şərh yoxdur

Bakıdakı avtobuslardan birində dəhşətli cinayət hadisəsi baş verib.

92949“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədəki istifadəçilərdən biri məlumat verib. Onun sözlərinə görə, 135 nömrəli marşrut üzrə hərəkət edən avtobusda ər arvadını bıçaqlayıb.

Meyitin “Şamaxinka” adlanan ərazidə avtobusdan düşürüldüyü bildirilir.

Əlavə məlumat veriləcək.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən hadisə Sumqayıt yolunda baş verib.

Xırdalandan “20 yanvar” istiqamətində hərəkətdə olan avtobusdakı ər-arvad arasında mübahisə düşüb. Və ər həyat yoldaşına bıçaq zərbəsi endirib.

Yaralanan şəxs “Respublikanski” xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Yasamal rayon 29-cu polis bölməsindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda polis əməkdaşları hadisə baş verən ərazidədirlər. Hələ ki, vəfat edən şəxsin kimliyi bilinmir.

Murad Əhməd

Facebook Şərhləndirmə:

Şərhinizi yazın