Menu
Geri İrəli

Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb: 2 ölü, 16 yaralı – ADLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2016 • Baxış sayı: 1,579 dəfə • Şərh yoxdur
Share Button

3d62f9b97f242bd8b2439aa052902d4fAvqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı – Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.

 13:34

Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.

Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, hadisə şahidləri xəbər verir ki, sərnişin avtobusu yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın