Menu
Geri İrəli

Ermənilər Füzulini ağır silahlarla atəşə tutdu: nənə və 2 yaşlı nəvəsi öldürüldü

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2017 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

Erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində ölənlər nənə və nəvədir.

Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-nın Qarabağ müxbirinə bildirib ki, kəndin axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.

Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən susdurulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın