Menu
Geri İrəli

Ermənilər kəndlərimizi pulemyotla atəşə tutdu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2016 • Baxış sayı: 392 dəfə • Şərh yoxdur

Gecə saatllarında erməni silahlı birləşmələri Azərbaycan mövqelərinə yaxınlaşmaq istəyib. Ermənistan silahlılarına məxsus tankların hücumunun qarşısı atəşlə alınıb. Ermənistan silahlı qüvvələri azərbaycanın  mövqeləri istiqamətində mərmilər atıb. Cəbhədə ən son vəziyyəti ANS-in Qarabağbürosundan Ramil İbrahimov çatdırır:

Ermənilərin Tərtərdə partlatdığı evdən reportaj

“Bu gecə də təmas xəttində atəş səsləri eşidilməyə davam edib. Ötən gecə ilə müqayisədə nisbətən sakitçilik olub. Yenə də cəbhənin Tərtər və Ağdam istiqamətində avtomat və pulemyotların, həmçinin minaatanların səsləri eşidildi. Tərtər və Ağdamla yanaşı Goranboyun Tapqaraqoyunlu kəndi ilə də əlaqə saxladıq və oradan da kənd sakinləri bildirdilər ki, gecə boyu avtomat və pulemyotların səsi eşidilib.”

Qarabağ bürosu həmçinin bildirib ki, erməni silahlı birləşmələri əsasən mülki əhalinin yaşadığı kəndləri və dinc əhalini hədəfə alır:

“Əsasən cəbhəyanı kəndlər və dinc sakinlər hədəfə alınır. Kənd sakinləri bir həftədir əkin və otlaq sahələrinə çıxa bilmədiklərini, sahəyə çıxdıqları zaman erməni silahlı birləşmələrinin birbaşa atəşinə məruz qaldıqlarını bildirirlər.”

Ötən gün erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində bir dinc sakin yaralanıb və bəzi yaşayış evlərində dağıntı baş verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın