Menu
Geri İrəli

Ev sahibini öldürən tələbə qızın müəllimi danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 1,256 dəfə • Şərh yoxdur

sdu-3Davranışında indiyədək heç bir nöqsana yol verməyib. Dərslərə davamiyyəti isə qaydasında olub. Qətl xəbərindən sonra universitetin müəllim heyəti şok keçirdi. Hamımız təəccüb içindəyik.

Trail.az-ın məlumatına görə, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektor köməkçisi Faiq Şirinov deyib. O, SDU-nun tələbəsi olan 1994-cü il təvəllüdlü Şərqiyyə Mehdi qızı Ramazanovanın ən yaxşı tələbələrdən olduğunu bildirib:

“Qrupda ən yaxşı oxuyan, təqaüd alan tələbələrdən biri idi. Zərbəçi tələbə olub. Universitetə isə 372 balla girib. Ailəsi Oğuz rayonunda yaşadığı üçün o, Sumqayıt şəhərində kirayədə qalırdı. Yəqin ki, cinayətə ciddi səbəb olub”.

Xatırladaq ki, hadisə Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Orada kirayədə yaşayan 1994-cü il təvəllüdlü Şərqiyyə Mehdi qızı Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, hadisəni törədən tələbə qız Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın