Menu
Geri İrəli

Fahişəliyə görə saxlanılan qadın – Məhkəmə zalından azadlığa buraxıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2015 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur
Share Button

7x4s4H4qZ467

Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Dubayda fahişəliyə cəlb etməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Gülnarə Musa qızı Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Zərərçəkən Aygün Əliyeva (ad soyad şərtidir) ifadəsində bildirib ki, G.Əkbərzadəni 2006-cı ildən tanıyır: “Məni 2006-cı ildə Gülnarə ilə Sima xanım tanış etdi. Dedi ki, iş var, gedib işləyərsiz. Məni burdan birinci Türkiyəyə apardılar. Viza probleminə görə noyabrın 29-dan dekabrın 13-ə kimi Türkiyədə qaldım. Dekabrın 13-də ordan Dubaya getdik. Elə çatan günü məni bara göndərdilər, dedilər get işə başla. Əvvəl razı olmadım, dedim mən bura buna görə gəlməmişəm. Sonra məcbur olub işlədim. Birinci dəfə altı ay işlədim, 2007-ci ilin may ayında qayıtdım. Gülnarə pulumuzu gecikdirirdi, evə pul göndərə bilmirdim. Mənə ancaq yemək verirdi, bir də dişlərimi düzəltdirdi”.

Aygün Əliyeva 1500 dollardan günə 4-5 kişi qəbul etdiyini deyib: “Bəzən elə olurdu bir kişi ilə görüşmək 150 dollar olurdu, amma bütün günü görüşəndə 1500 dollar verirdilər. Orta qiymət 500 dollar idi. Gündə 4-5 kişi ilə görüşürdüm. Hər gün işləyirdim. Gülnarənin özünün sevgilisi var idi, amma kişilərlə görüşüb-görüşmədiyini bilmirəm. Qiyməti isə menecer danışırdı”.

Gülnarə Əkbərzadə deyib ki, Fərqiyə bəzi hissələrdə yalan danışır: “O özü Bakıda olanda ora nə üçün getdiyini bilirdi. Qiyməti də yalan deyir, 1500 dollara iş olar?! Cəmi 400-500 dollar idi. Özünə də pul verirdim, anasına göndərirdim. Dişlərini də düzəltdirmişəm”.

Aygün Əliyeva təqsirləndirilən şəxsin ifadəsinə belə reaksiya verib: “Düzəltdirdiyin dişlər budur da, hamısı tökülür”.

Digər zərərçəkən Gülnar Qasımova (ad soyad şərtidir) bildirib ki, onu Dubaya hazırda həbsdə olan Sevinc Qasımova aparıb: “2007-ci ilin may ayında Sevinc məni Dubaya apardı. Dedi ki, orada dükanda satıcı işləyəcəyəm. Məni Gülnarə ilə tanış etdi. Onda mənim 18 yaşım tamam olmamışdı. Mən ora gedənə kimi bu işə məcbur ediləcəyimi bilmirdim. Dubayda bunu biləndə Sevinc ilə savaşdım, razı olmadım. Gülnarə dedi ki, onda mənim sizə çəkdiyim xərcləri qaytarın, çıxıb gedin. Dedilər get işlə, qazan, pulumuzu ödə, sonra çıx get. Mən razılaşmadım. Gülnarə Sevincə dedi ki, onu salın otağa, yemək, su verməyin. Dörd gün məni ac-susuz saxladılar. Sonra gördüm dözə bilmirəm, bunlara yalandan dedim ki, razıyam kişilərlə görüşməyə. Məni bir bara apardılar, orada qızlardan birindən gizlicə telefon alıb Azərbaycandakı tanışlara zəng etdim. Sonra orada da dava salıb kişilərlə görüşmədim, evə qayıtdım. Evdə olanda gördüm Gülnarə iki hindistanlı oğlanı otağa göndərib, 200 dollar da pul vermişdilər. Oğlanlar birgə oradan qaçdım. Sonra məni Azərbaycana qaytardılar, burada da tanışlar qarşıladı. Mən cəmi bir dəfə getmişəm, ondan sonra heç yerə getməmişəm. Dubayda da 5 gün qaldım, heç bir kişi ilə də görüşmədim. Dubaya aparılanda da qızlıq bakirəliyim pozulmamışdı”.

Hakimlər kollegiyasının hökmünə əsasən Gülnarə Əkbərzadə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb. G.Əkbərzadə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, G.Əkbərzadə 8 il ərzində hüquq-mühafizə orqanlarından gizlənməyə nail olub. Buna görə də o, İnterpol xətti ilə qırmızı xətlə axtarışa verilib. G.Əkbərzadə bu yaxınlarda Dubayda həbs edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın