Menu
Geri İrəli

FHN Sumqayıtda yataqxanada yanğın barədə rəsmi məlumat yaydı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2017 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur
Share Button

fhnFHN Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb. Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi xəbərə, məlumatda bildirilir ki, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın