Menu
Geri İrəli

“Gelandewagen”in törətdiyi qəzada ölən və yaralananlar bəlli oldu – ADLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Avqust 2017 • Baxış sayı: 686 dəfə • Şərh yoxdur
Share Button

76a3a9232189ea75101c9cac17086059Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Polisdən həmçinin bildirilib ki, baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın