Menu
Geri İrəli

Gəlinini və nəvəsini boğan qadına 18 il həbs verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2015 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur
Gəlinini və nəvəsini boğan qadına 18 il həbs verildi
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini və 6 aylıq nəvəsini qətlə yetirməkdə ittiham olunan 1975-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Şərqiyyə Hüseynova 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, tükürpədici qətl hadisəsi 1 dekabr, 2014-cü ildə Suraxanı rayonunda baş verib. Qum adası, Zeytun bağları adlanan ərazidə kirayədə yaşayan Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib. Mübahisə zamanı yerdən götürdüyü daş parçası ilə gəlinin başına bir neçə zərbə vurub. Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova yerindəcə keçinib.
Bundan sonra hadisəni törədən Şərqiyyə Hüseynova evə girərək nəvəsi 6 aylıq Emilyanı boğaraq qətlə yetirib. Hadisə barədə xəbər tutan qonşular dərhal Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu polis bölməsinə (PB) məlumat veriblər. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Qətli törətməkdə təqsirli bilinən Şərqiyyə Hüseynova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ş. Hüseynova istintaqa verdiyi ifadəsində göstərib ki, onu otağa salıb qapını bağladıqlarına görə belə bir dəhşətli hadisəni törədib. Qadının sözlərinə görə, Gürcüstana qayıtmaq istəyib, lakin oğlu ilə gəlini onu getməyə qoymayıblar.
Digər məlumata görə, Şərqiyyə Hüseynova psixi problemləri ucbatından dərman qəbul edirmiş.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın