Menu
Geri İrəli

Gəncədə dəhşətli qəzadan görüntülər: sürücü sağ çıxdı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 17 Aprel 2014 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

383992a4293d1d70a973162bddedb799

Gəncədə bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gəncə Şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, qəza bu gün saat 12 radələrində Gəncə-Bakı magistral yolunun Zazalı postuna yaxın ərazisində baş verib.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əsgər Kazımovun idarə etdiyi “Ford” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan, “Azərenerji” ASC-yə məxsus, işıq dirəkləri daşıyan “KrAZ” markalı avtomobilin arxasına çırpılıb.

Qəza nəticəsində Ə. Kazımov ağır bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, hadisəyə “Ford”un sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın